Türkiyə xüsusi xidmət orqanları İŞİD-in “təhlükəsizlik xidmətinin” başçısını yaxalayıb

0

Türkiyə xüsusi xidmət orqanları İŞİD terror təşkilatının liderlərindən birini saxlayıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Anadolu” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyat ölkənin cənub-şərqindəki Qaziantep şəhərində keçirilib.

Agentliyin məlumatına görə, saxlanılan şəxs Suriyanın şimalındakı Rakka şəhərində “İŞİD təhlükəsizlik xidməti”nə rəhbərlik edib, o, özünü həm də “Nineviya qubernatoru” (İraqın şimalındakı rayon) adlandırıb. Saxlanılan şəxsin milliyyəti barədə məlumat verilmir.

Məhkəmənin qərarı ilə o, həbs edilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir