Türkiyə XİN İsrailin hərəkətini pislədi

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriya ilə sərhəddəki hərəkətlərini pisləyir və bunu Colan Təpələrində bufer zonanın yaradılması ilə bağlı 1974-cü il razılaşmasının pozulması hesab edir.

turaninsesi.az” xəbər verir ki, XİN-in bəyanatda Ankaranın Suriyanın suverenliyini, siyasi birliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanı

Bundan əlavə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrailin bufer zonada hərəkətlərini “qəbuledilməz” adlandırıb.

İsrailin baş naziri Benyamin Netanyahu qeyd edib ki, İsrail və Suriya arasında 1970-ci illərdən qüvvədə olan Colan Təpələrində bufer zonası haqqında saziş hazırda faktiki mövcud deyil.