Türkiyə vətəndaşlarını Livandan çıxarır

0

Livan xalqına humanitar yardım çatdıran və Türkiyə vətəndaşlarını Livandan təxliyə edən gəmilər Beyrutu tərk edərək Türkiyənin Mersin limanına doğru hərəkət edir.

turaninsesi.az” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, İsrailin bölgədə başladığı müharibənin yaratdığı humanitar böhrana cavab olaraq Türkiyə zərərçəkənlərə yardım göstərməyə davam edəcək və xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Livandan vətəndaşlarımızı təxliyə edən və qardaş Livan xalqına humanitar yardım çatdıran gəmilər Beyrutu tərk edərək Mersinə doğru gedir”, – deyə XİN rəhbəri yazıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir