Türkiyə və İran prezidentləri regional məsələləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.

Turanın səsi ”  xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, liderlər Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.

Telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir