Türkiyə və ABŞ ikitərəfli ticarət həcmini 100 milyard dollaradək artırmaq niyyətindədirlər
Türkiyə və ABŞ ikitərəfli ticarətin həcmini ildə 100 milyard dollara çatdırmaq niyyətindədirlər.
“turanın səsi ” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdən sonra mətbuat açıqlamasında bildirib.
“Strateji mexanizm çərçivəsində ildə ən azı iki dəfə nazirlərin görüşlərinin keçirilməsi barədə razılığa gəldik. Energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə uzlaşdıq. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini ötən ilin yekununda olan 34 milyard dollardan ildə 100 milyard dollaradək artırmağı qarşımıza məqsəd qoymuşuq.”, – Çavuşoğlu qeyd edib.
XİN başçısı əlavə edib ki, o, ABŞ dövlət katibini Türkiyəyə səfərə, eləcə də mart ayında Antalyada keçiriləcək beynəlxalq diplomatik forumda iştirak etməyə dəvət edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09