Türkiyə Suriyada əməliyyat keçirməyə hazırlaşır

Türkiyə Silahlı Qüvvələri PKK və ona bağlı qruplara qarşı Suriyada transsərhəd əməliyyat keçirməyə hazırdır. 

turaninsesi.az” TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindəki mənbə danışıb: 

“Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və terrorçu qruplaşmalar silahı yerə qoymasalar, onlara qarşı sərhədyanı əməliyyat keçirməyə qərarlıyıq”

Telekanalın həmsöhbəti vurğulayıb ki, Türkiyə hərbçiləri PKK və ona bağlı qrupların Tişrin bəndi kimi strateji obyektlərdən regionda sabitliyi pozmaq cəhdlərinin qarşısını alacaq.

Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələri son bir həftədə Suriya və İraqda 94, 2024-cü ildə isə 3100-dən çox terrorçunu məhv edib.