Türkiyə sığortaçıları zəlzələ ilə bağlı 1 milyard dollardan çox ödəniş edəcək
Türkiyənin sığorta şirkətləri ölkənin 11 vilayətində zəlzələdən zərər çəkmiş şəxslərə təxminən 20 milyard lirə və yaxud 1,1 milyard ABŞ dolları ödəniş edəcək.
“Turanın səsi ” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Sığorta Dərnəyinin (TSB) sədri Atilla Benli bildirib.
Onun sözlərinə görə, zəlzələ zonasındakı daşınmaz əmlakların orta hesabla 49 %-i sığortalıdır. Bu baxından ən yüksək göstərici Diyarbəkirdə, ən aşağı göstərici isə Hataydadır.
“Zəlzələ baş verən ərazidə mənzil sığortası nisbəti 21 %, kasko sığortası nisbəti isə 17 %-dir. Təkcə avtomobillərin könüllü sığortası üçün təxminən 1 milyard lirə ödəyəcəyimizi təxmin edirik. Kahramanmaraşda zəlzələdən sonra sığortaya maraq 3-4 dəfə artıb” – deyə sığorta rəsmisi qeyd edib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI