Türkiyə Prezidenti terrorçulara xəbərdarlıq edib

0


Rəcəb Tayyib Ərdoğan

“Terror təhdidini aradan qaldırmaq üçün strategiyamızı davam etdirəcəyik”.

Turanın səsi” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, rəsmi Ankara terrorçulara qarşı mübarizəsini davam etdirəcək: “Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə gizlənsinlər, terrorçular onları gözləyən ağır aqibətdən yaxa qurtara bilməyəcəklər. Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur”.

Ərdoğan həmçinin noyabrın 13-də İstanbulda törədilən terror aktından da danışıb. O, terror aktı zamanı 6 nəfərin öldüyünü və eləcə də yaralıların olduğunu xatırladıb. Bildirib ki, hazırda istintaq davam edir və araşdırmanın nəticələrinə uyğun olaraq lazımi addımlar atılacaq.

Qeyd edək ki, R.T.Ərdoğan “G20” ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir