Türkiyə parlamentinin sədrindən çağırış: “Güclü zəlzələyə hazır olun!”

Gözlənilən İstanbul zəlzələsi qapıdadır, hər an baş verə bilər.
“turaninsesi.az” A Haber-ə istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.
O, xalq və dövlətin baş verə biləcək güclü zəlzələyə hazır olmasının önəmli olduğunu vurğulayıb.
“İstanbulda çox güclü zəlzələ ilə üz-üzə gəldik. Çox şükür ki, çox böyük dağıntı və itkilərə səbəb olmadı. Amma görünən odur ki, İstanbulda zəlzələ hər an yenidən ola bilər. bütün dövlət qurumları və əhali yeraltı təkanlara hazır olmalıdır. Allah göstərməsin, gözlənilən İstanbul zəlzələsi qapıdadır, hər an baş verə bilər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI