Türkiyə parlamentinə sədr seçildi

Numan Kurtulmuş yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

turaninsesi.az” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan Kurtulmuş parlamentdə keçirilmiş səsvermənin üçüncü turunda 329 səs toplayaraq digər namizədləri qabaqlayıb.

Qeyd edək ki, üçüncü tur səsverməsində 529 deputat iştirak edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI