Türkiyə modernləşdirilmiş yeni tankını silahlı qüvvələrinə təhvil verəcək

Modernləşdirilmiş iki ədəd yeni tank Sakaryada keçiriləcək mərasimdə Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

Bu barədə ” turanın səsi ”  Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, “Yeni Altay” tankı ilk prototipindən fərqli olaraq müasir döyüş şərtlərinə uyğun olaraq yenilənib.

Türkiyə Silahı Qüvvələrinin son illər həyata keçirdiyi əməliyyatlar çərçivəsində əldə etdiyi təcrübə ilə bağlı əlavə xüsusiyyətlər qazanan milli tank “Yeni Altay” adını alıb.

Məlumata görə, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür.

Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

“Yeni Altay” nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.

“Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir