Türkiyə İsrailə bir sıra məhsulların ixracına qadağa qoyub
Türkiyə aprelin 9-dan Qəzza zolağında yaranmış vəziyyətlə əlaqədar bir sıra məhsulların İsrailə ixracına məhdudiyyətlər tətbiq edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, gələcəkdə ixracı qadağan olunan malların siyahısı genişlənə bilər:
“Qərar İsrail beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində Qəzza zolağında dərhal atəşkəs elan edənə və humanitar yardımın çatdırılmasına mane olmağı dayandırana qədər qüvvədə qalacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI