Türkiyə hökuməti sabah toplanacaq, gündəlik açıqlanıb

0

Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında müzakirə ediləcək mövzular açıqlanıb.

Turanın səsi” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq toplantıda iqtisadi məsələlər ön planda olacaq.

İclasda TBMM-ə təqdim edilməsi gözlənilən hicab tənzimləməsi ilə bağlı müxalifət partiyaları ilə təmaslar dəyərləndiriləcək.

Xarici siyasətdə gündəm İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olacaq. Lakin hər iki ölkə hələ də terrorçuların ekstradisiyası ilə bağlı heç bir addım atmayıb. Noyabrın 8-də Türkiyəyə gələcək İsveç baş nazirinin Ərdoğanla görüşü gözlənilir.

Nazirlər Kabinetində Rusiya-Ukrayna müharibəsi və taxıl böhranının aradan qaldırılması üçün aparılan işlər barədə danışılacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir