Türkiyə fəlakətlə üz-üzə: Ərdoğan TƏCİLİ çıxış etdi

Türkiyə və Yaxın Şərqdə 2030-cu ilə qədər su qıtlığı yarana bilər

turaninsesi.az” xəbər verir ki, son bir ildə Türkiyədə yağıntı səviyyəsi rekord dərəcədə aşağı düşüb.

Ekoloq Sinan Canın sözlərinə görə, bu tendensiya davam edərsə, 2030-cu ilə qədər Türkiyə və Yaxın Şərq ölkələri ciddi su çatışmazlığı ilə üzləşəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında ölkənin ən böyük şəhərlərində, Ankara, Bursa və İstanbulda su çatışmazlığının artıq hiss olunduğunu bildirib. Dövlət başçısı bunun məsuliyyətini son seçkilərdən sonra şəhərlərin idarəsini ələ alan müxalif bələdiyyələrin üzərinə qoyub və yerli hakimiyyətin fəaliyyətsizliyinin quraqlıq fonunda vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb.

Sinan Can “DHA”ya açıqlamasında deyib:

“Meteorologiya xidmətinin məlumatına əsasən, 12 ayda Türkiyədə yağıntı miqdarı son 52 ilin ən aşağı səviyyəsinə düşüb, Aralıq dənizi bölgəsində isə bu göstərici 31% azalıb.”

Mütəxəssis qeyd edib ki, yaxın onilliklərdə su qıtlığı daha da kəskinləşə və suya çıxış xeyli çətinləşə bilər. O, hökuməti və elmi qurumları yeni su mənbələri axtarmağa, həmçinin dərin qazma işləri vasitəsilə su ehtiyatlarının artırılması istiqamətində tədbirlər görməyə çağırıb.

Arzu Paşaqızı