Türkiyə-Ermənistan sərhədində mühüm görüş
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüş keçirəcək.
“turaninsesi.az” -ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, sabah Türkiyə-Ermənistan sərhədində danışıqların beşinci raundu baş tutacaq.
Görüş səhər Ermənistan, günorta isə Türkiyə tərəfində keçiriləcək.
Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI