Türkiyə-Ermənistan sərhədində görüş başladı 

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundu keçirilir.

turaninsesi.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. 

Tərəflər arasında beçinci görüş iki ölkənin sərhədində baş tutur. 

Qeyd edək ki, görüş səhər Ermənistan, günorta isə Türkiyə tərəfində keçiriləcək. 

Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir