Türkiyə Avropanın ən sürətli metro xəttini işə salır
Türkiyə Avropanın ən sürətli metro xəttini işə salır.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu NTV telekanalının efirində deyib.
Sabah istifadəyə verilməsi planlaşdırılan metro xətti Avropanın ən sürətlisi olacaq.
Qatarlar 34 kilometrlik xətti 120 km/saat sürətlə gedəcək. Xəttin çəkildiyi yerdən “Kıağıtxanə” stansiyasından hava limanına çatmaq 24 dəqiqə çəkəcək.
İstanbul Hava Limanına gedən metro xəttinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09