Türkiyədə zəlzələ oldu

Türkiyənin Tekirdağ vilayətində zəlzələ qeydə alınıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Marmaraereğlisi rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.