Türkiyə antiterror əməliyyatlarında daha bir şəhid verib

Türkiyə Ordusunun çavuşu İraqın şimalında terrorçulara qarşı həyata keçirilən “Pəncə-Kilid” əməliyyatında şəhid olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, sözügedən bölgədə terrorçuların yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində çavuş Mustafa Çakmak şəhid olub.
