“Türk Hava Yolları”nın təyyarəsi Bakıya təcili eniş edib

“Türk Hava Yolları” şirkətinin İstanbul-Hoşimin (Vyetnam) reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Turanın səsi ” bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub. “Airbus A350” təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib. Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir