TRIPP-in icrası başlayır – Paşinyan
Ermənistan Respublikası TRIPP (Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu) layihəsinin həyata keçirilmə mərhələsinə qədəm qoyur.
“turaninsesi.az ” Armenpress-ə istinadla xəbər verir ki bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə bəyan edib.
O bildirib: “Məmnuniyyətlə qeyd edirəm ki, çətin beynəlxalq vəziyyətə baxmayaraq, Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikası hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet hesab edirlər”.
Paşinyan vurğulayıb ki, bu, layihənin həyata keçirilməsinin regionda uzunmüddətli, sabit və etibarlı sülhün vacib sütununa çevrildiyinin qəbul edilməsindən irəli gəlir.
Arzu Paşaqızı