Trampla Zelenskinin görüşəcəyi tarix açıqlandı
“Sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək”.
“turaninsesi.az” bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Sentyabrın 23-də ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək, o cümlədən qlobalist institutların dünya nizamını necə pisləşdirdiyi barədə nitqlə çıxış edəcək”, – deyə Levitt vurğulayıb.
Onun sözlərinə görə, Tramp, həmçinin BMT-nin baş katibi, Ukrayna, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI