Trampdan təhdid dolu mesaj: Bu olmasa, qiyamət qopacaq!
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Konqres 2024-cü il prezident seçkilərində qələbəsini təsdiqlədikdən sonra Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransı keçirib.Yanvarın 20-dən etibarən and içəcək ABŞ prezidenti Donald Tramp ilk sərt mesajlarını verib.
“turaninsesi.az” bildirir ki, yaxın Şərqdəki hadisələrdən danışan Tramp HƏMAS-a qarşı ultimatumu ilə diqqət çəkib.
O, vurğulayıb ki, Həmas 20 Yanvara qədər girovları azad etməsə, qiyamət qopacaq. Bu sözləri ilə Həmas-ı hədələyib.
Çıxışında həm daxili, həm də xarici siyasətlə bağlı mühüm açıqlamalar verən Tramp Suriyadan Qəzzaya, Meksikadan Rusiyaya qədər bir çox kritik mövzuda açıqlamalar verib. Tramp xatırladıb ki, prezident olduğu ilk müddətdə Suriyada İŞİD terror təşkilatını məğlub edib və ABŞ qoşunlarının böyük hissəsini bu ölkədən çıxarıb. Suriyadakı 2 min ABŞ əsgərinin gələcəyi ilə bağlı sualı cavablandıran Tramp, “Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir parçasıdır. Ancaq bunun Türkiyə ilə bağlı bir vəziyyət olduğunu deyə bilərəm” deyib.
“Ərdoğan hörmət etdiyim kişidir”.
Prezident Rəcəb Tayyib Ərdoğanın dostu olduğunu bildirən Tramp, “Hörmət etdiyim birisidir. Düşünürəm ki, o da mənə hörmət edir” deyə bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI