Tramp yenə erməniləri məyus etdi

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda “soyqırımı” sözündən istifadə etməyib.

turaninsesi.az” xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində qeyd olunub.

Dövlət başçısı 1915-ci ildə baş verən hadisələri “ən dəhşətli fəlakət” adlandırıb.

Xatırladaq ki, Tramp əvvəlki prezidentliyi dövründə də “soyqırımı” ifadəsini işlətməyib.