Tramp və Ərdoğan arasında razılıq əldə olundu

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə apardıqları danışıqlarda “Boeing” təyyarələrinin tədarükü ilə bağlı razılığa gəliblər.

turaninsesi.az “-ın məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak məlumat verib.

O, görüşdən sonra Ağ Evin mətbuat hovuzunda jurnalistlərə deyib: “Razılaşma tamamlandı”.

Diplomat, əlavə məlumat verməyib.