Tramp: Ukraynaya 1 qəpik də vermirik
ABŞ Ukraynaya yardım üçün artıq pul xərcləmir.
“turaninsesi.az ” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə bildirib.
O iddia edib ki, Vaşinqton hər şeyi NATO-ya satır: “Biz bir qəpik də xərcləmirik… Bizi [keçmiş ABŞ prezidenti Co Baydenin] dövründə olduğu kimi qarət etmirik. Bayden hər kəsə əlimizdə olan hər şeyi verdi, onlara raketlər verdi, istədikləri hər şeyi pulsuz, heç bir təzminatsız verdi”, – dövlət başçısı bildirib.
Bundan əvvəl hazırkı ABŞ dövlət başçısı Baydenin “350 milyard dolları konfet kimi payladığını” iddia edib və Kiyev yardımın böyük hissəsini nağd şəkildə alıb.
Arzu Paşaqızı