Tramp: Ukraynada prezident seçkilərinin vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynada yeni seçkilə keçirməyin vaxtı çatdığını bəyan edib.

turaninsesi.az ” politico-ya istinadla xəbər verir ki, o, Volodimir Zelenskinin artıq “iş başına keçməli” və ABŞ-nin təkliflərini qəbul etməyə başlamalı olduğunu bildirib:

“Çünki Avropa Ukrayna münaqişəsinin öhdəsindən gələ bilmir”.

Donald Trampın sözlərinə görə, danışıqlarda Rusiyanın mövqelərinin daha güclü olduğu “şübhəsizdir”.

“Rusiya daha böyük ölkədir”, – ABŞ lideri əlavə edib.

Arzu Paşaqızı