Tramp: Türkiyə əleyhinə sanksiyaları ləğv ediləcək
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək.
“turaninsesi.az ” xəbər verir ki, bunu Donald Tramp türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı ABŞ dövlət katibi Marko Rubio ilə sıx əməkdaşlıq aparılır:
“Dostlarımıza qarşı bu cür sanksiyalar tətbiq etmək istəmirik. Onsuz da sanksiya tətbiq olunacaq kifayət qədər insan var”.
ABŞ Prezidenti Suriya ilə bağlı da fikirlərini bölüşüb:
“Suriyanın yeni lideri ilə də yaxşı münasibətlərimiz var. Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Suriyada həqiqətən çox yaxşı iş gördük”.
Arzu Paşaqızı