Tramp sanksiyaları necə yumşaldacağını düşünür

ABŞ prezidenti Donald Trampın müşavirləri artıq Rusiyaya qarşı tətbiq edilən sanksiyaların, o cümlədən neftin qiymətinə məhdudiyyətlərin yumşaldılmasının mümkün variantları üzərində işləyirlər.
“turaninsesi.az” Bloomberg-ə istinadla xəbər verir ki, ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirələri hələlik dayandırılıb.
Böyük Britaniya və Fransanın rəhbərliyi altında Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün öz təkliflərini hazırlayırlar. Onun sözlərinə görə, Avropa müdafiə nazirliklərinin rəhbərləri Ukrayna məsələsini müzakirə etmək üçün bu həftə Parisdə görüşməlidirlər.
ABŞ administrasiyası Rusiya əleyhinə sanksiyaların ləğvi imkanlarını öyrənir. Bunu Trampın Moskva ilə münasibətləri bərpa etmək və Ukrayna münaqişəsinə son qoymaq istəyi ilə əlaqələndirirlər. Onların fikrincə, ABŞ-ın sanksiyaları dərhal yumşaldılmaya bilər. Üstəlik, Vaşinqtonun bunun müqabilində nə tələb edə biləcəyi bəlli deyil.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI