Tramp: “Putin məni dörd dəfə aldatdı”

ABŞ-nin prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərinə dair diqqətçəkən açıqlama verib. O bildirib ki, Putin bir neçə dəfə əvvəlcədən razılaşdırılmış məsələlərə zidd hərəkətlər edərək onu fakt qarşısında qoyub.
“turaninsesi.az” xəbər verir ki, Trampın sözlərinə görə, onların razılaşmağa çox yaxın olduqları məqamlar olub, lakin hər dəfə Putin gözlənilməz hərbi addımlar atıb:
“Dörd dəfə razılaşma əldə etməyə çox yaxın idik. Hər şey danışılıb, razılaşdırılıb. Sonra evə qayıdırsan və xəbər tutursan ki, o, Kiyevdə qocalar evinə hücum təşkil edib və ya buna bənzər bir hərəkət edib. Öz-özümə deyirəm: ‘Bu nə baş verdi belə?’
Tramp qeyd edib ki, bu hadisələrdən sonra Putindən narazı qalsa da, onunla münasibətləri tamamilə kəsməyib:
“Bəli, məyus oldum. Amma münasibətə tam nöqtə qoymadım. Sadəcə olaraq narazı qaldım”.