Tramp Nyu Yorku tərk edib


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York şəhərini tərk edib, onun təyyarəsi Floridaya uçub.

turanın səsi ”  xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilir ki, Tramp məhkəmə binasından birbaşa hava limanına yollanıb. Floridaya uçuş müddəti təxminən üç saatdır. Təyyarənin enişindən sonra o, Mar-a-Laqodakı malikanəsinə gedəcək və oradan tərəfdarları qarşısında çıxış edəcək.

Bundan əvvəl Nyu-York məhkəməsində Trampa qarşı maliyyə sənədlərini saxtalaşdırmaqda 34 ittiham irəli sürülüb. Tramp Amerika prosessual qanununun irəli sürdüyü kimi iki saata yaxın həbs edilib və sonra sərbəst buraxılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir