Tramp könüllü olaraq həbsxanaya təslim olmağı planlaşdırır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 24-də və ya 25-də Corciya ştatının Fulton dairəsinin həbsxanasına təslim olmağı planlaşdırır.

Turanın səsi ” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşına istinadən CNN məlumat yayıb.

O iddia edib ki, Tramp gələn həftənin sonunda – ya cümə axşamı, ya da cümə günü Fulton dairəsindəki həbsxanaya könüllü gedəcəyi gözlənilir.

Fulton dairəsinin prokuroru Feni Uillis daha əvvəl deyib ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib. Təqsirləndirilən şəxslərin həbsxanada fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri götürüləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir