Tramp İrana: “Artıq gecdir!”
ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə danışıqlardan imtina edib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, İranın hava hücumundan müdafiə (HHM) sistemi, hərbi-hava qüvvələri (HHQ), hərbi-dəniz qüvvələri (HDQ) və rəhbərliyi öldürülüb.
“Onlar danışıqlar istəyirlər. Mən isə dedim: Artıq gecdir!” – Tramp yazıb.
Arzu Paşaqızı