Tramp Hörmüz boğazının açılmasından danışdı

ABŞ Prezidenti Donald Tramp blokadanın saxlanması fonunda neft qiymətlərinin artmasına baxmayaraq, İranla saziş imzalanana qədər Hörmüz boğazını açmayacağını deyib.

turaninsesi.az ” xəbər verir ki, o, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Onlar istəyirlər ki, mən boğazı açım. İranlılar onun açılmasını ümidsizcəsinə istəyirlər”, – deyə ABŞ lideri iddia edib.

Agentlik qeyd edir ki, ABŞ boğazın blokadasını davam etdirdiyinə və İran bayrağı altında olan gəmini ələ keçirdiyinə görə neft qiymətləri artıb.

Arzu Paşaqızı