Tramp həbs edildi, 200 min dollar verib çıxdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp rəsmi həbs prosesindən keçmək üçün Corciya ştatındakı Fulton dairə həbsxanasına gəlib.

Turanın səsi ” xəbər verir ki, həbsxanada onun üzərində axtarış aparılıb, fotoşəkilləri çəkilib və barmaq izləri götürülüb. 

Bundan sonra o, 200 min dollar girov qarşılığında sərbəst buraxılıb. 

Tramp seçkilərə müdaxilə etməkdə ittiham olunur. O, özünü təqsirli bilmir və baş verənləri “ədalətin parodiyası” adlandırır. Sabiq prezident ona qarşı açılan işi cinayət işinin 2024-cü ildə ABŞ-da keçiriləcək “seçkilərə müdaxilə” olduğunu düşünür. 

“Burada baş verənlər ədalətin parodiyasıdır. Səhv bir şey etmədik. Mən səhv bir şey etmədim”, – o deyib. 

Corciyada seçkiyə müdaxilə işi üzrə məhkəmə oktyabrın 23-də başlayacaq. Böyük münsiflər heyəti keçən həftə bu işdə ittihamları təsdiqləyib. Trampa qarşı bir neçə cinayət işi araşdırılır. 

Trampın rəsmi həbs forosu ⤵️

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir