Tramp: Ərdoğan müharibənin bitməsinə kömək edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa kömək edə bilər.
“turaninsesi.az” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Dövlət başçısı Yaxın Şərqə səfərindən sonra Vaşinqtona qayıtmaq üçün istifadə etdiyi “Air Force One”-da brifinq keçirib.
Jurnalistlər ondan Türkiyə liderinin Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa kömək edə biləcəyini soruşublar.
“Bəli, Ərdoğan edə bilər. Rusiya ona hörmət edir. Ukrayna ilə bağlı dəqiq deyə bilmərəm, amma Putin ona hörmət edir. O, mənim dostumdur. Bilirsiniz, bunun səbəbini başa düşə bilərsini. Mən güclü olanlarla yaxşı yola gedirəm. Mən zəiflərlə anlaşmıram. Güclülərlə anlaşıram. Bilmirəm niyə”, – Tramp deyib.
O, həmçinin əlavə edib ki, Türkiyə prezidentinin ona qarşı xoş hissləri var.
“Bilirsiniz, NATO-nun Ərdoğanla tez-tez baş verən problemləri olanda mənə zəng edib onunla danışmağı xahiş edirlər. Mən isə heç vaxt uğursuzluğa düçar olmamışam – hər şey sözün əsl mənasında dərhal həll olunur”, – dövlət başçısı bildirib.
Arzu Paşaqızı