Tramp Ağ Evdəki atışmanı terror aktı adlandırdı
ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milli Qvardiya qoşunlarının atəşə tutulmasını “pislik, nifrət və terror aktı” adlandırıb. ABŞ prezidenti atəş açan şəxs barəsində adələtli cəzanın veriləcəyini söz verib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə D.Tramp video müraciətində bildirib.
Tramp bildirib ki, atışmada şübhəli bilinən şəxs 2021-ci ildə əvvəlki prezident Co Baydenin administrasiyası dövründə Əfqanıstandan ABŞ-yə gəlib.
“Baydenin dövründə Əfqanıstandan ölkəmizə gələn hər bir əcnəbini yoxlamalıyıq və bura aid olmayan və ölkəmizə heç nə əlavə etməyən hər hansı bir əcnəbinin ölkədən çıxarılması üçün bütün lazımi tədbirləri görməliyik. Əgər onlar ölkəmizi sevə bilmirlərsə, biz də onları istəmirik. Amerika heç vaxt əyilməyəcək və terrora təslim olmayacaq”, – deyə D.Tramp bildirib.