Tramp: ABŞ Tehranla razılaşmaya üstünlük verir

ABŞ İranla nüvə proqramı ilə bağlı razılaşmaya üstünlük verir.
“turaninsesi.az” Fox Business-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Mən dünən İran liderinə məktub göndərdim, İranla razılaşmaya üstünlük verirəm”, – o qeyd edib.
Tramp bir daha təkrarlayıb ki, İran nüvə silahına sahib olmamalıdır.