“TikTok”un ABŞ-dakı törəmə şirkəti Bayden administrasiyasının təzyiqinə görə satılır


TikTok” rəhbərliyi ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Çin sosial şəbəkəsinə təzyiqi fonunda Amerikadakı törəmə şirkətini satmaq imkanı ilə bağlı potensial alıcılarla danışıqlar aparır.

turanın səsi ” xəbər verir ki, bu barədə “New York Post” qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, “TikTok” ilə proqramın potensial alıcıları arasında danışıqlar intensivləşib: “Sosial şəbəkənin rəhbərliyi öz variantlarını nəzərdən keçirir və Donald Trampın prezident kimi 2020-ci ildə tətbiqi qadağan etməklə hədələməsi zamanı nəzərdən keçirilən mümkün sövdələşmələri araşdırır”.

Mənbə konkret olaraq kiminlə danışıqların aparıldığını açıqlamayıb. Lakin 2020-ci ildə “TikTok” rəhbərliyi proqram təminatı nəhəngi “Oracle”, habelə müqavilə bağlanacağı təqdirdə “TikTok”un ABŞ-dakı törəmə şirkətinə nəzarəti ələ keçirəcək pərakəndə satış şirkəti “Walmart” ilə tərəfdaşlığını araşdırdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir