“Tesla” sahibi milyarderlər siyahısının başında durur

Dünyanın hər yerindən cəmi 24 nəfərin daxil olduğu super milyarderlər siyahısına ABŞ Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask başçılıq edir.
“turaninsesi.az” “The Wall Street Journal”a istinadla xəbər verir ki, “SpaceX”, “Tesla” və “X”-in sahibinin 419,4 milyard dollar dəyərində sərvəti var.
Onu onlayn pərakəndə satış şirkətinin təsisçisi Ceff Bezos (263,8 milyard dollar), dəbdəbəli nəhəng LVMH şirkətinin sahibi Bernard Arno (23 milyard dollar) və Elnard Arno (23 milyard dollar) izləyir. “Meta” korporasiyasının baş direktoru Mark Zukerberq (220,8 milyard dollar) də siyahıdadır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI