Tel-Əvivdə fəallar İsrailin iqtisadiyyat nazirinə hücum ediblər

İsrailin iqtisadiyyat naziri Nir Barkat və onu müşayiət edən şəxslər Tel-Əvivin mərkəzində restorandan maşınlarına gedərkən bir qrup hökumət əleyhinə fəalın hücumuna uğrayıb.

turanın səsi ” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirin mətbuat xidməti məlumat yayıb.

“Nazirin mühafizəçiləri və polis əməkdaşları onu bədənləri ilə qoruyublar, bundan sonra nümayişçilər də polis əməkdaşlarına hücum ediblər”, – nazirin adından yayılan açıqlamada qeyd olunub.

İsrailin “Arutz Sheva” portalı Barkatı müdafiə edən polislərdən birinin yaralandığını və xəstəxanaya yerləşdirildiyini yazır. “Haaretz” nəşri iki hücumçunun saxlanıldığını qeyd edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir