Tehrandan yeni açıqlama: “Sona qədər döyüşəcəyik”
“Bizim əlimizdəki sonuncu gülləyə və sonuncu əsgərimizə qədər müqavimət göstərməkdən başqa seçimimiz yoxdur”.
“turaninsesi.az ” xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
O vurğulayıb ki, İran hazırda total müharibə vəziyyətindədir: “Prioritetimiz təcavüzkara qarşı sona qədər müqavimət göstərməkdir. Biz hücum altındayıq və amerikalılarla israillilər ölkəmizə maksimum ziyan vurmağa çalışırlar. Həmvətənlərim intensiv bombardumana məruz qalır. Tehran daimi hücum altındadır və əlimizdə olan son gülləyə və son əsgərə qədər müqavimət göstərməkdən başqa çarəmiz yoxdur”.
XİN başçısının müavini müharibəni xarici təcavüzə qarşı zəruri bir müdafiə kimi xarakterizə edərək söyləyib: “Bu çox qəhrəmancasına və millətçi bir döyüşdür. Biz təcavüzkarı və onların İrandakı vəhşiliklərini dayandırmalıyıq. Təəssüf ki, hazırda beynəlxalq hüquq hücuma məruz qalır və biz bu vəhşiliklərə qarşı birlikdə dayanmalıyıq”.
Arzu Paşaqızı