Tehrana təzyiq: Lavrov Xəzər Konvensiyasının təsdiqini istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda İran hakimiyyətinin nümayəndələri ilə əlaqə saxlamağı planlaşdırır.

turaninsesi.az” xəbər verir ki, bu təmaslar zamanı Xəzər dənizində milli zonaları müəyyən edən xətlərin çəkilməsi mövzusu müzakirə olunacaq.

Nazirin sözlərinə görə, bu, İranın müvafiq konvensiyanın ratifikasiyası etməsi üçün şərtlərdən biridir.

“Ekspertlər səviyyəsində bir sıra həllər təklif etmişik və iranlı həmkarlarımız onları nəzərdən keçirir”, – Lavrov əlavə edib.

Xatırladaq ki, rəsmi Tehran Xəzər dənizinə dair Konvensiyanı hələ də ratifikasiya etməyib. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI