Tblisidə aksiyalar davam edir: Etirazçılar irəliləyir
Tbilisidə etirazçılar Rustaveli prospektindən Çavçavadze prospektinə doğru hərəkətə başlayıblar.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Hazırda onlarla etirazçı Tbilisi Universitetinin birinci korpusunun yanındakı yolu da bağlayıblar.
Polis bir neçə xəbərdarlıq çağırışından sonra Rustaveli prospektində yolun açılması istiqamətində tədbirlərə başlayıb.
Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. Artıq dördüncü gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI