Tbilisidə parlamentin yaxınlığında etirazçılar dəmir hasarı uçurublar
Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında Rustaveli prospektindən qanunverici orqanın yaxınlığında quraşdırılmış dəmir hasarı söküblər.
Bu barədə “turanın səsi ” yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, aksiyaçılar xüsusi təyinatlıların səfərbər olunduğu parlamentin mərkəzi dəmir qapılarına çatıblar.
KİV-in məlumatına görə, polis etirazçılara qarşı bibər qazı və su şırnaqlarından istifadə etməkdə davam edir. Amma buna baxmayaraq etirazçılar meydanı tərk etmirlər.