Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

ABŞ ordusunun Əfqanıstandan çıxarılmasından sonra (30 avqust 2021-ci il) “Taliban” əvvəllər Vaşinqtonun Əfqanıstan təhlükəsizlik qüvvələri üçün tədarük etdiyi təxminən 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib.
“turaninsesi.az ” xəbər verir ki, 167 ədəd təyyarə (təxmini dəyəri 923 milyon dollar), 40.000-dən çox ədəd zirehli maşınlar və nəqliyyat (Humvees, MRAP, M113 və yük maşınları), 300.000 ədəddən çox odlu silah və ağır atıcı texnika, habelə əlavə avadanlıq: radiolar, gecə görmə cihazları və biometrik sistemlər (təxminən 42.000 ədəd) “Taliban”çıların ixtiyarına keçib.
Arzu Paşaqızı