TƏCİLİ ! Kreml Priqojinlə bağlı qərar verdi

“Vaqner” ÖHŞ-nin qiyamından sonra Kreml onun yaradıcısı Yevgeni Priqojinin “imperiyasına” nəzarəti ələ keçirmək niyyətindədir. Söhbət Afrika və Yaxın Şərqdəki şirkət birləşmələrindən gedir.

Turanın səsi ” xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Rostovdakı hadisələrdən sonra “Moskvanın diplomatik fəaliyyəti daha da güclənib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, Afrika və Yaxın Şərqdəki tərəfdaşlarını bundan sonra da əməkdaşlığın davam etdirəcəklərinə inandırmağa çalışırlar.

Ötən gün xarici işlər nazirinin müavinlərindən biri Dəməşqdə olub. İddiaya görə, o, Suriya prezidenti Bəşər Əsədə “Vaqner” bölmələrinin artıq müstəqil fəaliyyət göstərməyəcəyi barədə şəxsən məlumat verib.

Xarici işlər nazirinin müavini Sergey Verşininin iyunun 26-27-də Dəməşqdə olduğu və Bəşər Əsədlə görüşdüyü artıq məlumdur. Rəsmi məlumatlara görə, onlar aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər. Tərəflərin “Vaqner” haqqında danışıb-danışmadıqları barədə məlumat verilməyib.

The Wall Street Journal”ın yazdığına əsasən iyunun 27-də Vaqner muzdlularına Suriyanın Latakiyada yerləşən hərbi bazasına gəlmələrinin əmr edildiyini və onların da həmin əmrə tabe olduqları bildirilir.

Bundan əlavə, “The Wall Street Journal” Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurlarının Mərkəzi Afrika Respublikasının (CAR) rezidenti Faustin-Archange Tuadereyə zəng etdiyini öyrənib. Bilindiyi üzrə prezidentin mühafizəsi də əsasən “Vaqner” muzdlularından təşkil olunub.

İddialara görə, diplomatlar Mərkəzi Afrika Respublikasının rəhbərini qiyamın Rusiyanın Afrikadakı planlarına təsir etməyəcəyinə inandırıblar. Xüsusilə Malidə Rusiya muzdlularının BMT-nin 13 minlik kontingentini əvəzləyəcəyi ehtimal edilir. BMT-nin missiyası iyunun 30-da başa çatır. Qoşunların çıxarılması üçün altı ay vaxt verilib.

Gələn xəbərlərə görə Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələri Priqojinin qiyamından sonra Suriyadan Maliyə və geriyə uçub.

Araşdırmaçıların təxminlərinə görə, “Vaqner”in xaricdə altı minə yaxın muzdlusu var . Onlar Mərkəzi Afrika Respublikasında yerli siyasətçiləri və mədənləri qoruyurlar. Suriyada Əsəd hökumətinin nəzarətində olan əraziləri və neft quyuları da Priqojinin şirkətinin əsgərlərinin mühafizəsi altındadır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir