Təbriz partlayışlarla silkələndi – Raket hücumları davam edir
Təbrizdə də partlayışlar qeydə alınıb.
“turaninsesi.az ” xəbər verir ki, bu gün İran ərazisində genişmiqyaslı hərbi əməliyyat başladılıb. İsrail və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin birgə raket və pilotsuz uçuş aparatları hücumları nəticəsində ölkənin paytaxtı Tehranda partlayışlar eşidilib və bir çox digər şəhərlərdə, o cümlədən Təbrizdə də qəflətən partlayış sədaları qeydə alınıb.
Bəzi xəbərlərdə isə Tehran və digər şəhərlərdə atəş sədalarının davam etdiyi vurğulanır.
Qeyd edək ki, ABŞ ordusunun İrana qarşı çoxgünlük əməliyyat keçirməsi gözlənilir.
Arzu Paşaqızı