Suriyada qiyamçılar ikinci böyük şəhəri tutdu

Suriya ordusunun bölmələri hökumət əleyhinə qüvvələrin müdafiə xəttini yarıb keçə bildikdən sonra Həma şəhərini tərk edib.

turaninsesi.az” Associated Press-ə istinadla xəbər verir ki, mülki əhalinin həyatını qorumaq üçün qoşunlar şəhər ərazilərindən kənarda yerləşən digər mövqelərə yerləşdirilib.

Hökumət əleyhinə olan qüvvələr Suriya ordusu ilə 3 günlük döyüşdən sonra onların qoşunlarının Həma şəhərinə daxil olduqlarını və şəhərin mərkəzinə doğru irəlilədiklərini bildiriblər.

Ölkənin şimalına, şərqinə və qərbinə gedən yollar Həmada birləşir. Həma əyaləti sahilyanı Latakiya və Tartus əyalətləri ilə həmsərhəddir. Homs şəhəri şəhərdən 40 km cənubda, paytaxt Dəməşq isə 200 km məsafədədir.

Ötən həftə Suriyada hökumət əleyhinə qüvvələr Suriyanın İdlib və Hələb əyalətlərinə hücuma keçib. Onlar tez bir zamanda bir sıra yaşayış məntəqələrini nəzarətə götürə biliblər.