Suriya Silahlı Qüvvələri Həma şəhərinin ətrafını nəzarətə götürdü

Suriya Silahlı Qüvvələrinin hərbçiləri ərəb respublikasının qərbində yerləşən Həma şəhərinin (eyniadlı əyalətin inzibati mərkəzi) ətrafını nəzarətə götürüblər.

“turaninsesi.az”-ın məlumatına görə, bu barədə “Al-Ikhbariya” telekanalı məlumat yayıb.

Bildirilir ki, Suriya ordusunun bölmələri şəhərin ətrafında təhlükəsizliyi tam təmin ediblər, bu ərazidə terrorçular yoxdur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI